Azərbaycan səfiri öz etimadnaməsini Mozambik prezidentinə təqdim edib

Azərbaycan səfiri öz etimadnaməsini Mozambik prezidentinə təqdim edib
# 20 fevral 2014 10:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Mozambik Respublikasının prezidenti Armando Emilio Quebuzaya (Armando Emílio Guebuza) təqdim edib. Səfirlikdən APA-ya verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimində E. Poluxov Azərbaycanın Mozambikdə ilk səfiri olmasından məmnunluğunu bildirib və fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə dair bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Səfir Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və prezident Armando Emilio Quebuzanı Azərbaycana səfərə dəvət etdiyini həmsöhbətinə çatdırıb.

Azərbaycanın Mozambik ilə müxtəlif sahələrdə təcrübəsi ilə bölüşməyə hər zaman hazır olduğunu bildirən E. Poluxov, bu prosesin qarşılıqlı olmasının zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR