Məhəmməd Cavad Zərif: “İran nüvə hüququnu müdafiə edəcək”

Məhəmməd Cavad Zərif: “İran nüvə hüququnu müdafiə edəcək”
# 05 mart 2014 07:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Qarşıdakı beş ay müddətində İranla “altılıq ölkələri arasında yekun razılaşmanın əldə olunması mümkündür”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, bunun üçün yaxşı niyyət və lazımi siyasi iradə ortaya qoyulmalıdır: “Çünki İran nüvə silahına sahib olmaq niyyətində deyil. Biz yalnız haqqımız olan şeyi istəyirik. Ona görə də yekun razılaşmanın əldə olunması mümkündür. Mən qarşıdakı beş ayda belə bir şeyin olacağı mövzusunda yaxşı fikirdəyəm”.

M.C.Zərif deyib ki, İran nüvə hüququnu müdafiə edəcək, həmçinin nüvə fəaliyyətlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR