Azərbaycanda əmək qabiliyyətli məcburi köçkünlərin sayı açıqlanıb - VİDEO

Azərbaycanda əmək qabiliyyətli məcburi köçkünlərin sayı açıqlanıb - <span style="color: red;">VİDEO
# 22 may 2014 10:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda əmək qabiliyyətli məcburi köçkünlərin sayı açıqlanıb. APA-nın verdiyi məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Gəray Fərhadov bildirib ki, ölkədə 160 min nəfər əmək qabiliyyətli məcburi köçkün var. O, əmək qabiliyyətli məcburi köçkünlərin 80 min nəfərinin daimi, 80 min nəfərinin isə mövsümi işlərlə təmin edildiyini söyləyib.

G. Fərhadov məcburi köçkünlərə sosial güzəştlər, müavinətlər verildiyini də vurğulayıb: “Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan 3 il sonra bu güzəşt və müavinətlər dayandırılacaq. Böyük Qayıdış Proqrammı hazırlanıb və bu proqram beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy alıb. İnşallah, torpaqlarımız işğaldan azad ediləndən sonra Böyük Qayıdış Proqramı sürətlə həyata keçiriləcək, yaşayış məntəqələri bərpa ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR