Vladimir Putin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə göndərib - APA TV

Vladimir Putin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə göndərib - <span style="color: red;">APA TV
# 05 iyun 2013 10:38 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyanın 1812-ci il müharibəsindəki qələbəsi münasibətilə hazırlanan medalların bir nüsxəsini Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. Bu gün muzeydə keçirilən tədbirdə hədiyyəni prezidentin adından ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Nailə Vəlixanlı hədiyyənin Rusiya ilə Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafının və dostluq münasibətlərinin tərənnümü olduğunu deyib: “Bu hədiyyə 1812-ci ildə Rusiya İmperiyasında baş verən müharibədəki qələbənin şərəfinə verilən medalların bir nüsxəsidir. Çox sevinirik ki, hədiyyə Avropanın digər beş aparıcı muzeyləri ilə yanaşı, bizə də verilib. Bu hədiyyəni Rusiyanın Azərbaycanla tarixi dostluq əlaqələrinin təcəssümü kimi qəbul edirəm. Əminəm ki, bu hədiyyə dostluğumuzu daha da sıxlaşdıracaq və Rusiya döyüşçüsü Azərbaycan döyüşçüsü ilə üz-üzə deyil, çiyin-çiyinə olacaq”.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri V. Doroxin hədiyyənin bir nüsxəsinin də Azərbaycan Respublikasının prezidentinə təqdim edildiyini söyləyib: “Rusiya prezidenti adından bu hədiyyəni ilk olaraq prezident İlham Əliyevə təqdim etdim. İndi isə bu medalları muzeyə hədiyyə etməkdən dolayı özümü xoşbəxt hiss edirəm. Əminəm ki, hədiyyəmiz Azərbaycan xalqının ürəyincə olacaq və muzeyin dəyərli eksponatları arasında öz yerini tutacaq”.

Tədbirin sonunda səfir muzey direktorunun müşayiəti ilə muzeyi gəzib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR