Azərbaycan XİN Eldar Həsənovun Rumıniyadakı səfir postundan geri çağırılmaq üçün prezidentə müraciət etdiyini təsdiqləyib

Azərbaycan XİN Eldar Həsənovun Rumıniyadakı səfir postundan geri çağırılmaq üçün prezidentə müraciət etdiyini təsdiqləyib
# 16 mart 2013 09:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun tutduğu postdan geri çağırılması barədə dövlət başçısı İlham Əliyevə müraciət etməsi xəbərini təsdiqləyib.

XİN mətbuat rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, səfirin geri çağırılmasına qərar vermək dövlət başçısının müstəsna səlahiyyətinə daxil olan məsələdir və bu barədə yekun qərarı dövlət başçısı qəbul edə bilər.

Qeyd edək ki, Eldar Həsənov eyni zamanda Serbiya, Bosniya-Herseqovina və Monteneqroda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunub. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfirin tutduğu postdan geri çağırılmaq üçün müraciət etməsinin səbəbi diplomatik missiyasına xitam verilməsi ilə deyil, başqa ölkəyə təyinat almaq istəyi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR