Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub
# 24 dekabr 2012 13:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi edilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Camalxanov Aparat rəhbərinin müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov isə həmin şöbənin müdiri vəzifələrinə təyin olunub.

Qeyd edək ki, Elnur Camalxanov əvvəllərdə telejurnalistikada və bir sıra layihələrdə çalışıb. 2012-ci ilin martından dövlət qulluğunda fəaliyyətini davam etdirməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, daha sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edib.


İlham Məmmədov uzun müddət “AZADİNFORM” İnformasiya Agentliyində müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR