İranın xarici işlər naziri Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Rusiyaya səfər edəcək
# 04 fevral 2013 08:46 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi gələn həftə Rusiyaya səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər fevralın 11-12-də reallaşacaq.

Səfərdə məqsəd Moskvada keçirilməsi planlaşdırılan X İran-Rusiya Hökumətlərarası Komissiyasının toplantısında iştirak etməkdir. Yığıncağa Rusiyanın energetika naziri Aleksander Novak sədrlik edəcək. Toplantıda İran və Rusiyanın ticarət, sənaye, nəqliyyat, enerji və konsulluq sahəsində əməkdaşlığı müzakirə olunacaq.

Qeyd edək ki, IX İran-Rusiya iqtisadi komissiyasının toplantısı 2012-ci ildə Tehranda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR