YAP rəhbərliyi Neftçala və Salyan rayonlarında olub

YAP rəhbərliyi Neftçala və Salyan rayonlarında olub
# 21 fevral 2013 11:35 (UTC +04:00)

Neftçala-Salyan. Əlibəy Zeynallı - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov Neftçala və Salyan rayonlarında gənclər və YAP fəalları ilə görüşlər keçirib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Ə.Əhmədov görüş zamanı gənclərə önəmli mesajlar və tapşırıqlar verib.

Qeyd ediblər ki, yerlərdə YAP-ın fəalları daha fəal olmalı, görülən işlər barədə insanları məlumatlandırmalıdırlar: “Əgər yerlərdə narazı insanlar varsa, onların narazılığının səbəblərini araşdırmalı və həlli yollarını göstərməliyik”.

Görüşlərdə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR