Azərbaycanın fövqəladə hallar naziri Sloveniyanın baş naziri ilə görüşüb - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Sloveniyanın baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 fevral 2013 09:32 (UTC +04:00)

APA-nın Sloveniya baş nazirinin mətbuat xidmətinə istinadən xəbərinə görə, görüş zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan-Sloveniya münasibətlərinin hüquqi-normativ bazasının möhkəmlənməsini iqtisadi-siyasi əlaqələrin gələcək inkişafı baxımından müsbət qiymətləndiriblər.

Y.Yanşa Azərbaycan-Sloveniya Hökumətlərarası Komissiyasının yaradılmasını alqışladığını bildirib. Komissiyanın ilk iclası bu ilin payızında Sloveniyada keçiriləcək.

İki ölkə arasında gələcək əməkdaşlıq sahələrindən danışan K.Heydərov turizm və aqrar yeyinti sahələrini xatırladıb. Öz növbəsində Sloveniyanın baş naziri Azərbaycanın sürətli iqtisadi inkişafından məmnun olduqlarını və azərbaycanlı investorlarla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR