Zığ dairəsi-Beynəlxalq aeroport yolunda metal arakəsmənin quraşdırılmasına başlanılıb - FOTO

Zığ dairəsi-Beynəlxalq aeroport yolunda metal arakəsmənin quraşdırılmasına başlanılıb - <span style="color: red;">FOTO
# 03 aprel 2013 06:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Zığ dairəsi-Beynəlxalq hava limanı avtomobil yolunda əyri xətli tirlərin (metal təhlükəsizlik səddi) vurulmasına başlanılıb. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, sözügedən yolda quraşdırılan əyri xətli tirlər digərlərindən dözümlüyü və təhlükəsizliyi ilə fərqlənir: «Ümumi uzunluğu 20 km olan avtomobil yolu 6 zolaqdan ibarətdir ki, bundan öncə yolları beton sədd ayırırdı. Lakin sürücülərin nəqliyyat vasitələrini ehtiyatsız idarəetməsi nəticəsində bu beton səddi bir çox yerlərdə yararsız hala düşüb. Nəticədə, beton səddini əyri xətli tirlərə əvəz olunması qərara alınıb və beton sədləri sökülüb».

P.Mürsəliyev qeyd edib ki, beton səddi sökülərək mərhələli şəkildə asfalt-beton örtüyü ilə döşənilir və artıq yolun 3 km-lik hissəsi asfalt-beton örtüyü ilə döşənib: «Bu işlər bir neçə ay davam edəcək. İşlər başa çatdıqdan sonra avtomobil yolunda müasir tipli işıqlandırma sistemi quraşdırılacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR