Futbol üzrə Türkiyə yığması Bakıya gələcəyini təsdiqləyib

Futbol üzrə Türkiyə yığması Bakıya gələcəyini təsdiqləyib
# 24 yanvar 2013 16:13 (UTC +04:00)

Bakı-APA. Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında III Caspian Cup beynəlxalq turnirinə qatılacaq daha bir millinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, may - iyun aylarında baş tutacaq yarışda iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Türkiyə Futbol Federasiyasından göndərilib.

Beləliklə, müvafiq yaş qrupundan ibarət Türkiyə yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.

Xatırladaq ki, Türkiyə komandası I və II Caspian Cup turnirində də mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR