İranda daha bir nəfər edam edilib

İranda daha bir nəfər edam edilib
# 13 aprel 2013 14:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda 1 nəfər edam edilib. APA-nın məlumatına görə, 30 yaşlı, ailəli, iki uşaq atası Ümid Şücai adlı məhbus Bəndər Abbas şəhərinin həbsxanasında asılaraq edam edilib. Məhbus həmin zindanda 4 il həbs cəzası çəkib.

APA-nın məlumatına görə, hazırda Bəndər Abbas həbsxanasında daha 100 məhbus edam olunacağı günü gözləyir.

Xatırladaq ki, «Amnesty İnternational» təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Lakin rəsmi İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR