Baş nazirin müavini: “Ermənistan Azərbaycana təzminatları 50 il bundan sonra da ödəyib qurtara bilməz”

Baş nazirin müavini: “Ermənistan Azərbaycana təzminatları 50 il bundan sonra da ödəyib qurtara bilməz”
# 12 aprel 2013 12:55 (UTC +04:00)

Bu sözləri Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bərdəyə səfəri zamanı jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, doğma ev-eşiyindən didərgin düşən Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq hüquq səviyyəsində təmin olunması üçün bundan sonra da addımlar atılacaq: “Ermənistan anlamalıdır ki, əgər Avropa Məhkəməsi məcburi köçkün ailələrinin şikayətlərini təmin etsə, Ermənistan dövləti bu təzminatları 50 il bundan sonra da ödəyib qurtara bilməyəcək”.

Prosesin bundan sonra da davam etdiriləcəyini deyən Ə.Həsənov dünya birliyinin indiyədək didərgin düşən azərbaycanlıların problemlərinə hələ də biganə yanaşmasın təəssüf doğurduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR