Lənkəranda mağaza yanıb

Lənkəranda mağaza yanıb
# 25 yanvar 2013 06:48 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Lənkəran rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 24-də saat 20.00 radələrində rayonun Hirkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elman Şahrza oğlu Həsənov tərəfindən icarəyə götürülmüş çay mağazasında qeydə alınıb.

Lənkəran Rayon YMH əməkdaşlarının səyləri nəticəsində yanğının qonşu obyektlərə keçməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 24 kv. m olan mağaza tamamilə yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR