Şamaxıda 16 yaşlı oğlan qəza törədib, özü ölüb, iki sərnişini isə yaralanıb

Şamaxıda 16 yaşlı oğlan qəza törədib, özü ölüb, iki sərnişini isə yaralanıb
# 03 mart 2013 21:26 (UTC +04:00)


Şamaxı sakini, 1997-ci il təvəllüdlü Vahidov Əli Elçin oğlu 99-PP-575 dövlət nömrə nişanlı “Nissan Micra” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində Əli Vahidov dünyasını dəyişib, sərnişinlər-1998-ci il təvəllüdlü Məmmədov Hakim Nadir oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Şahmurad Mahmud oğlu ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Əli Vahidovun orta məktəbin 11-ci sinifində oxuduğu və sürücülük vəsiqəsi olmadan atasına məxsus avtomobili idarə etdiyi bildirilir.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR