Müsavat Divanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini Məclisə tövsiyə edib

Müsavat Divanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini Məclisə tövsiyə edib
# 24 dekabr 2012 15:39 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Divan üzvləri Qubad İbadoğlu, Vurğun Əyyub və partiya başqanının müavini Gülağa Aslanlının yerli və əcnəbi təşkilatlarla keçirdikləri görüşlərlə dair verdikləri məlumatlar dinlənilib.

Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər bir sıra partiya sədrləri ilə birlikdə ABŞ səfiri Riçard Morninqstarla görüşü barədə məlumat verib. Partiyadaxili məsələlərlə bağlı bölümdə Müsavat Partiyası Məclisinin keçiriləcəyi tarix yenidən müzakirə olunub. Divan Müsavat Partiyası Məclisinin yanvarın 4-də keçirilməsini qərara alıb.

İclasda həmçinin İctimai Palatanın prezident seçkilərində iştirakla bağlı ilkin qərarını müsbət qiymətləndirib və ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədilə 2013-cü ildə prezident seçkilərində iştirakı məqsədəuyğun hesab edilib. Divan Müsavat Partiyası Məclisinin növbəti toplantısına prezident seçkilərində iştiraka dair qərar qəbul etməsini və İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini tövsiyə edib.

İctimai-siyasi duruma dair müzakirələrdə Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublunun hələ də həbsdə saxlanmasının və məhkəmənin siyasi motivlərlə qəbul etdiyi qərarının yolverilməz olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR