«Fitch Ratings»: Aqressiv investisiya siyasəti ARDNŞ-in kredit qabiliyyətinə mənfi təsir göstərə bilər

«Fitch Ratings»: Aqressiv investisiya siyasəti ARDNŞ-in kredit qabiliyyətinə mənfi təsir göstərə bilər
# 17 aprel 2013 08:39 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, reytinqin Azərbaycanın müstəqil reytinqinə bərabər olması Şirkətin 100% dövlət mülkiyyətində olması ilə bağlıdır.

Agentliyin məlumatında deyilir, Şirkət neft və qaz sahəsində dövlət siyasətini həyata keçirməklə yanaşı hasilat, emal və satış sahəsində aktiv sahibidir. Ölkə daxilindən başqa ARDNŞ-in xaricdə də neft və kimya sahəsində aktivləri var. Həmçinin, Şirkət bir sıra PSA tipli sazişlərdə iştirak edir.

Agentliyin məlumatında bildirilir ki, Bakı şəhəri yaxınlığında inşa olunan yeni neft, qaz və kimya kompleksinin tikintisinə ARDNŞ sərmayələrin əsas hissəsini Azərbaycan Dövlət Neft Fondundan cəlb edəcək. Lakin eyni zamanda göstərilir ki, ARDNF təxminən 34,1 mlrd. dollar həcmində olan aktivlərin pik həddinə çatıb və Fondun dövlət büdcəsinin xərclərində yüksək rolunu nəzərə almaqla, onun aktivlərinin 2014-cü ilə qədər azalacağı proqnozlaşdırılır. Bütün bunlar fonunda Agentlik proqnozlaşdırır ki, ARDNŞ investisiya layihələri üçün vəsaitlərin böyük hissəsini özü cəlb etməli olacaq, bu da Şirkətin kredit qabiliyyətinə mənfi təsir göstərə bilər. Agentlik bildirir ki, Şirkətin ümumi sutkalıq hasilatı 2012-ci ildə 250 min barel neft ekvivalentində olub, bu da 2011-ci ilin analoji göstəricisindən (263 min barel) aşağıdır.

Baza reytinq ssenarisinə əsasən, ARDNŞ-in neft hasilatı azalacaq, qaz hasilatı ilə 2013-2015-ci illərdə mülayim templə artacaq. Agentliyin hesablamalarına görə, 2013-2015-ci illərdə ARDNŞ-in kapital qoyuluşları 5,8 mlrd. dollar təşkil edəcək ki, bura həm hasilatın lazımi səviyyədə saxlanması, həm də investisiya layihələrinə vəsait qoyuluşları daxildir.

Reytinqin dəyişməsinə təsir edə biləcək amillər sırasında dövlət tərəfindən dəstəyin zəifləməsi və kredit qabiliyyətinə mənfi təsir göstərə biləcək aqressiv investisiya siyasətinin davam etdirilməsi qeyd edilir.

Agentliyin məlumatına görə, 2012-ci il dekabrın 31-nə ARDNŞ-in pul vəsaitlərinin həcmi 1,263 mlrd. manat təşkil edib ki, bu da 1,895 mlrd. manata bərabər olan cari qısamüddətli öhdəliklərin ödənilməsinə kifayət etmir. Qeyd edilir ki, qısamüddətli borcların həcmi ümumi öhdəliklərin təxminən 40%-ni təşkil edir. Bu ilin mart ayında ARDNŞ 10 illik, gəlirliyi illik 4,75% olan 1 mlrd. dollar həcmində istiqraz emissiyasını yerləşdirib ki, bunun məqsədi mövcud olan borcun yenidən maliyyələşdirilməsi və kapital investisiya proqramını maliyyə ilə təmin olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR