Kanada Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Kanada Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyir
# 03 aprel 2013 08:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. “Biz Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Bu, Azərbaycanla əməkdaşlıqda bizim üçün prioritetdir”.

APA-nın xəbərinə görə, bunu Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin deyib.

B. Devolin Kanadanın özünün də enerji istehsal edən ölkə olduğunu qeydə edərək “Buna görə də Azərbaycan Kanada ilə əməkdaşlıqda enerji sahəsində uğurlu nəticələr əldə edə bilər. Kanada enerji texnologiyaları üzrə uğurlu nəticələrə malik ölkədir. Bu sahədə də Azərbaycana öz töhfələrini verə bilər”, deyə bildirib.

Spiker müavini onu da deyib ki, Kanada kənd təsərrüfatı, qida sənayesi sahələrində də inkişaf etmiş ölkədir: “Əgər Azərbaycan bu sahələrdə də Kanada ilə əməkdaşlığa üstünlük verərsə, müsbət nəticələr əldə edə bilər. Kanadan bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bütün bunlar mənin Azərbaycanda keçirdiyim görüşlərdə əsas müzakirə obyektidir”.

Qeyd edək ki, Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR