“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi növbəti dəfə təxirə salınıb

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi növbəti dəfə təxirə salınıb
# 09 aprel 2013 08:59 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsinin bu sessiyada da müzakirəsi gözlənilmir.

Layihənin təxirə salınmasına səbəb kimi yenidən işlənmiş sənəddə bəzi açıq qalmış məsələlərin hələ da razılaşdırılmaması göstərilir. Həmin məsələlər ətrafında razılığa gəlindiyi təqdirdə layihə növbəti sessiyada müzakirəyə çıxarıla bilər.

Qeyd edək ki, sözügedən qanun layihəsi ötən sessiyada da parlamentin gündəliyinə salınsa da, müzakirəyə çıxarılması mümkün olmayıb. Səbəb olaraq aidiyyəti qurumlardan Müdafiə Nazirliyinin layihəyə rəy verməməsi göstərildi. Bu sessiyada isə layihənin yenidən gündəliyə salınaraq nazirliyin rəyi olmadan müzakirəyə çıxarılacağı bildirilmişdi.

“Hərbi qulluqçuların statusu haqqında” qanunda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR