“Neftçi” dünya klublarının reytinq siyahısında irəliləyib

“Neftçi” dünya klublarının reytinq siyahısında irəliləyib
# 04 mart 2013 08:59 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin 452 ən güclü komandası arasında 2 təmsilçimiz də var.


Neçə vaxtdır cədvəldə qərarlaşan “Neftçi” növbəti dəfə irəliləyib.

Hesabında 92,5 xal olan “ağ-qaralar” 180-ci yerə yüksəliblər. 9 pillə irəliləyən təmsilçimiz “Botafoqo” (Braziliya), “Spartak” (Moskva, Rusiya), “Parma” (İtaliya), “Betis” (İspaniya), “Hapoel” (Kiryat-Şmona, İsrail), “Braqa” (Portuqaliya), “Katanya” (İtaliya) kimi klubları arxada qoyub. 60 xalı olan “İnter” isə 426-cı pillədədir.


Siyahının ilk pillələrində də ciddi dəyişikliklər baş verib. Uzun müddətdir zirvədə qərarlaşan İspaniya “Barselona”sı son aydakı məğlubiyyətlər nəticəsində 5-ci yerə enib – 283 xal.

İndi cədvələ İngiltərə “Çelsi”si başçılıq edir – 307 xal. İspaniya “Atletiko”su 304 xalla 2-ci, Almaniya “Bavariya”sı 292 xalla 3-cü pillədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR