ABŞ həbsxanasında kütləvi dava olub

ABŞ həbsxanasında kütləvi dava olub
# 04 mart 2013 11:54 (UTC +04:00)

APA-nın “Accocsiated Press”ə istinadən yaydığı məlumata görə, davada 400-dən çox məhbus iştirak edib. Dava ağdərililərlə Afrika mənşəli məhbuslar arasında olub. İnsidentin səbəbi məlum deyil. Davanın yatırılması üçün hansı metodlardan istifadə olunduğu da açıqlanmır. İnsident zamanı iki nəzarətçi yüngül xəsarət alıb, 17 məhbus isə hospitala aparılıb. Həbsxanada yüksək səviyyəli təcrid rejimi elan olunub, məhbusların görüş hüququ dayandırılıb.

Qeyd edək ki, ötən ilin sentyabrında həmin həbsxanada 200 məhbus arasında dava olub. İnsidentin yarım saat ərzində yatırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR