Dow Jones indeksi tarixi maksimumunu yeniləyib

Dow Jones indeksi tarixi maksimumunu yeniləyib
# 06 mart 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 254 bəndədək, S&P 500 1,0% - 1 540 bəndədək, Nasdaq 1,3% - 3 224 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi göstəricilər və hökumət tərəfindən iqtisadiyyatın stimallaşdırılması proqamının davam etdirilməsi barədə bəyanatlar təsir edib. Qeyd edək ki, Dow Jones indeksi tarixi maksimumunu yeniləyib.

Avropa fond bazarlarında martın 5-də FTSE 100 indeksi 1,4% - 6 432 bəndədək, Almaniya DAX-ı 2,3% - 7 870 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 787 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 577,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3064 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR