Zambiyada avtoqəzada 50-dən çox insan ölüb

Zambiyada avtoqəzada 50-dən çox insan ölüb
# 08 fevral 2013 00:19 (UTC +04:00)

Bakı-APA. Zambiyanın paytaxtı Lusaki şəhərinin şimalında avtobusla yük maşınının toqquşması nəticəsində ən azı 51 nəfər ölüb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, polis departamentinin mətbuat katibi Elizabet Kancela bildirib ki, ölənlərin sayı arta bilər. Xilasetmə işlərini hərbçilər və yanğınsöndürənlər həyata keçirir.

Zambiyada nəqliyyat vasitələri lazımi texniki baxışdan keçirilmir, sərnişin nəqliyyatında isə sıxlıq müşahidə olunur.

Baş vermiş faciəni ölkə tarixində ən dəhşətli qəza adlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR