Ötən il DSX 8 ədəd Mi-35M və 8 ədəd Mi-17 tipli helikopteri istismara qəbul edib

Ötən il DSX 8 ədəd Mi-35M və 8 ədəd Mi-17 tipli helikopteri istismara qəbul edib
# 06 mart 2013 12:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Rusiyadan alınmış 8 ədəd Mi-35M və 8 ədəd Mi-17 tipli helikopter istismara qəbul edilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Hesabatda həmçinin qeyd olunub Ki, 2012-ci ildə xüsusi bölmələr üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, özəl mühafizə vasitələri alınıb. Xidmətin maddi-texniki təminatı gücləndirilib, 3 avtomobil, 1 xüsusi və 46 döyüş texnikası alınıb, ZTR-S tipli zirehli texnikalar müasirləşdirilib və yeni mühərriklərlə təchiz olunub, 122 avtotexnika və inşaat texnikası əsaslı təmir olunaraq istifadəyə verilib. Bir sıra hərbi hissələrdə videomüşahidə sistemi quraşdırılıb, DSX Sahil Mühafizəsinin bir bölməsində radar sistemi qurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR