Braziliyada “Torpaqsız fəhlələr” hərəkatının lideri qətlə yetirilib

Braziliyada “Torpaqsız fəhlələr” hərəkatının lideri qətlə yetirilib
# 27 yanvar 2013 00:07 (UTC +04:00)

Bakı-APA. Braziliyada naməlum şəxs “Torpaqsız fəhlələr” hərəkatının lideri Sisero Quedesanı qətlə yetirib. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, ictimai fəal Rio-de-Janeyro ştatında velosipedlə evinə gedərkən qətlə yetirilib.

Qətl “Torpaqsız fəhlələr” hərəkatının qərargahı yerləşən keçmiş qənd zavodunun binası yaxınlığında törədilib.

Ekspertlərin məlumatına görə, son zamanlar “torpaqsız” fəalların ünvanına təhdidlər xeyli artıb.

Quedesin rəhbərlik etdiyi hərəkat ölkədə torpaq islahatı həyata keçirmək tələbi ilə çıxış edir və mükəmməl təşkilatçılığı ilə seçilən ictimai hərəkat hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR