Barak Obama: ABŞ Suriyada vəziyyətin nizamlanmasına dair bütün imkanları nəzərdən keçirir

Barak Obama: ABŞ Suriyada vəziyyətin nizamlanmasına dair bütün imkanları nəzərdən keçirir
# 03 may 2013 05:11 (UTC +04:00)

Bakı-APA. ABŞ administrasiyası Suriyada qanlı münaqişəyə son qoymaq məqsədilə ən münasib variantı seçmək üçün Suriyadakı vəziyyəti nəzərdən keçirməkdə davam edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama Mexikoda mətbuat konfransında bəyan edib.

“Biz Suriyaya dair bütün mümkün variantları nəzərdən keçiririk, lakin biz əvvəlcə vəziyyəti yaxşılaşdırmaq və onun daha təhlükəli olmasının qarşısını almaq istəyirik”, deyə Obama qeyd edib.

Barak Obama həmçinin ABŞ-ın müdafiə naziri Çak Heygelin Suriya müxalifətinə silah yardımı məsələsinə yenidən baxılmasını istisna edilmədiyi barədə bəyanatını da şərh edib. “Heygelin dediyini mən artıq bir neçə aydır ki deyirəm: biz vəziyyəti nəzərdən keçirməyə davam edəcəyik”, deyə B.Obama qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR