İki nəfər dənizdə batmaqdan xilas edilib

İki nəfər dənizdə batmaqdan xilas edilib
# 31 mart 2013 10:42 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları iki nəfəri dənizdə batmaqdan xilas ediblər.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonu ərazisində rezin qayıqla dənizə çıxmış 2 nəfər batmaq təhlükəsilə üzləşib.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar qayıqdakı şəxsləri sahildən 1 km uzaqlıqda xilas ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR