"Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilib

"Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilib
# 07 fevral 2013 16:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə "Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların müntəzəm olaraq təkmilləşdirilməsindən bəhs edib.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə artıq əldə olunmuş müsbət nəticələrdən, yeni qəbul edilmiş qanun və dəyişikliklərin bələdiyyələrin işinin təşkilində önəmli rolundan danışaraq mövcud problemlərə də toxunub.

2012-ci ilin yekunu ilə əlaqədar fəaliyyətlərində fərqlənmiş bələdiyyə nümayəndələrinə Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının mükafatları təqdim edilib.

Sonda Bələdiyyələrin Nümunəvi Reqlamentinin onların fəaliyyətinin təşkilində mühüm əhəmiyyətini nəzərə alaraq, hər bir bələdiyyə üçün onun daxili fəaliyyət məsələlərini tənzimləyən müvafiq Reqlamentin hazırlanması və təsdiq edilməsi qərarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR