Türkiyə səfirliyi Azərbaycanın yuxarı sinif şagirdlərini yarışmaya dəvət edir

Türkiyə səfirliyi Azərbaycanın yuxarı sinif şagirdlərini yarışmaya dəvət edir
# 06 fevral 2013 16:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. İstanbul şəhərində Xüsusi MEF Məktəblərinin Baş Müdirliyi tərəfindən fizika, kimya və biologiya fənləri üzrə “Araşdırma Layihələri Yarışması” keçirilir. Türkiyənin Bakıdakı səfirliyinin Təhsil Müşavirliyindən APA-ya verilən məlumata görə, müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri 6-10 may tarixlərində təşkil olunacaq həmin yarışmaya dəvət edilir.

Ətraflı məlumat yarışmanın saytında (www.mef.k12.tr) yerləşdirilib. Yarışmaya dair suallarla (0212) 287-69-00 telefon nömrəsinə və ya [email protected]elektron poçtuna müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR