Spiker deputatlara irad bildirib

Spiker deputatlara irad bildirib
# 01 fevral 2013 13:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker deputatlara irad tutub. APA-nın məlumatına görə, nahar fasiləsindən sonra deputatların bir çoxu iclasın ikinci hissəsinə qatılmayıb.

İkinci hissəni açıq elan edən spiker Oqtay Əsədov bununla bağlı narazılığını bildirib: “Deyəsən deputatların çoxunun hələ də iclasın başlanmasından xəbəri yoxdur. Ya da ki, naharları güclü olub”.

Bundan sonra iclas işini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR