Yunanıstanda ümumi tətil keçiriləcək

Yunanıstanda ümumi tətil keçiriləcək
# 20 fevral 2013 02:47 (UTC +04:00)

Bakı-APA. Fevralın 20-də Yunanısanda hökumətin AB və BVF təqdim etdiyi kreditlərə görə ölkədə tətbiq etdiyi qənaət tədbirlərinə etiraz əlaməti olaraq bu il birinci dəfə ümumi tətili keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tətildə bütün dövlət müəssisələri və şirkətləri, nəqliyyat, məhkəmələr, xəstəxanalar, banklar, məktəblər və universitetlər iştirak edir. Afinada iki iri həmkarlar mitinqi nəzərdə tutulub.

Tətil ölkənin dəmir yollarını və sərnişin bərələrini də əhatə edəcək. Afinada fasilələrlə yalnız avtobuslar və trolleybuslar işləyəcək, lakin onların da hərəkəti saat 11-dən 16-dək tam dayandırılacaq. Metro işçiləri və aviadispeçerlər hələlik tətilə qoşulmayıblar.

Yunanıstan Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun verdiyi 50 milyard avroluq kredit müqabilində 2012-ci ildə büdcədə 13,5 milyard məbləğində qənaət tədbirləri tətbiq etmək barədə qərar qəbul edib. Yunanıstanda artıq altı ildir ağır iqtisadi böhran yaşanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR