Göygöldə baş verən yol qəzasında polis əməkdaşı ölüb, iki nəfər xəsarət alıb

Göygöldə baş verən yol qəzasında polis əməkdaşı ölüb, iki nəfər xəsarət alıb
# 13 aprel 2013 11:10 (UTC +04:00)

Göygöl Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Tural Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınla Yalçın Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107”-nin sərnişini, Kəlbəcər Rayon Polis şöbəsinin əməkdaşı, 1964-cü il təvəllüdlü çavuş Çingiz Rzayev dünyasını dəyişib.

Hər iki avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR