«Bolkart»lar üzrə yeni güzəşt kampaniyası keçirilir

«Bolkart»lar üzrə yeni güzəşt kampaniyası keçirilir
# 12 fevral 2013 10:06 (UTC +04:00)

Bakı - APA-Economics. «Bolkart» sahiblərinə yeni məhsul və xidmətlər təklif etmək strategiyasına sadiq qalan «Bank of Baku» ASC kart sahibləri üçün misilsiz bir fürsət təqdim edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, fevral 14-də «Bolkart» ilə hər hansı məhsul almış kart sahibi onun dəyərini 14 ay ərzində ödəyə bilər. «İndi al, 1 aya ödə» ödəmə imkanlı ticarət obyektlərindən başqa, bu kampaniya digər ödənişli (3, 6, 12 ay) bütün mağaza və dükanlarda keçərlidir.

Bu gün «Bolkart»la ölkənin 500-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bu günlərdə isə «Bolkart» əldə edən şəxslərin sayı 60 minə yaxınlaşıb. «Bolkart»ı həm onlayn rejimdə (www.bolkart.az), həm də «Bank of Baku»nun istənilən filialına baş çəkməklə sifariş etmək olar.

«Bolkart»ın üstünlükləri ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR