Pakistanda baş verən terrorda 19 nəfər ölüb

Pakistanda baş verən terrorda 19 nəfər ölüb
# 01 fevral 2013 13:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Pakistanın şimal-qərbində yerləşən Xanqu şəhərindəki məscidin yanında partlayış baş verib. APA-nın məlumatına görə, nəticədə 19 nəfər həyatını itirib, 45 nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə terrorçu-kamikadze tərəfindən törədilib. Ölənlərin çoxu Cümə namazından çıxanlardır. Hələ ki terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Xanqu şəhəri sünni və şiələr arasında münaqişələrin baş verdiyi ərazidə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR