Magistraturaya qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq

Magistraturaya qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq
# 04 mart 2013 07:49 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib. İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim edib. Onlardan 19080 nəfəri Azərbaycan, 2543 nəfəri isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10154 nəfəri oğlan, 11469 nəfəri isə qızdır. Bakalavrlardan 11963 nəfəri cari ilin, 9660 nəfəri isə əvvəlki illərin məzunudur. İmtahanda iştirak edən ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənci isə 1994-cü il təvəllüdlüdür.

Birinci mərhələdə bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunub. Birinci mərhələdəki nəticələrə əsasən TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılacaq və iyun 23-də keçiriləcək ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR