Mahmud Kərimov: “Azərbaycanda plagiat dissertasiyaların sayı xeyli azalıb”

Mahmud Kərimov: “Azərbaycanda plagiat dissertasiyaların sayı xeyli azalıb”
# 25 yanvar 2013 14:10 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında plagiat dissertasiyaların sayı xeyli azalıb”. Bunu APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib.

O qeyd edib ki, hazırda AMEA-da dissertasiyaların elektron bazası fəaliyyət göstərir, bütün dissertasiyalar qeydə alınır: “Artıq Ali Attestasiya Komissiyası və bəzi Müdafiə Şuraları antipirat proqramlar əldə edib. Bu yolla plagiat əsərləri daha tez üzə çıxarmaq mümkündür. AMEA-nın bəzi institutlarında da dissertasiyaların yoxlanılması mərhələsində antipirat proqramlardan istifadə olunur”.

M.Kərimov deyib ki, vaxtilə AMEA-da plagiat faktları Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda baş verib: “Biz o zaman xüsusi qərar qəbul etdik. Bu plagiatda iştirak edənlər cəzalandırıldı, bəzilərinin rəhbərlik hüququ əlindən alındı. Hətta işdən azad olunan da oldu. Hazırda plagiat faktlarını istisna etmək olmaz. Çox güman ki, elə hallar olur. Amma hazırda belə dissertasiyaların sayı xeyli azalıb. Çünki ciddi nəzarət və yoxlama var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR