İranda daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb

İranda daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb
# 21 aprel 2013 17:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu, İran parlamentinin deputatı Əlirza Zakanidir. O, Tehranda keçirdiyi brifinqdə bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə elan edib.

Qeyd edək ki, Ə. Zakani “Bəsic”in (hökumət tərəfdarı olan yarıhərbi könüllülər dəstəsi) komandanlarındandır, mühafizəkarlar (üsulgəra) düşərgəsinə mənsubdur. Eyni zamanda İslam İnqilabının Davamçıları Cəmiyyətinin (Cəmiyyət-e Rahpuyan) baş katibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR