«Bank of Baku» «Bank krediti sifarişi» xidmətini istifadəyə verib

«Bank of Baku» «Bank krediti sifarişi» xidmətini istifadəyə verib
# 01 aprel 2013 14:25 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC və 118 Məlumat Sorğu Xidməti müştərək «Bank krediti sifarişi» xidmətinə start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bank krediti sifarişi» xidmətindən «Bank of Baku»nun məhsul və xidmətlərindən faydalanmaq istəyən hər bir vətəndaş bəhrələnə bilər.

Müştəri 118 xidməti vasitəsilə sifarişini edəndən sonra bank 1 iş günü ərzində müştəri ilə əlaqə saxlayır və ona hansı məbləğdə kredit ala biləcəyini bildirilir. «Bank krediti sifarişi» xidmətinin əsas üstünlüklərindən biri müştərinin illik faiz dərəcəsindən 2%-lik endirimdən faydalanması və növbədənkənar kredit əldə etmə imkanıdır. «Bank krediti sifarişi» xidmətinin haqqı 118 xidmətinin standart tarifi ilə eynidir.

«118 Məlumat Sorğu Xidməti»nə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə «118» yığmaqla mümkündür.

«Bank krediti sifarişi» xidməti ilə «Bank of Baku»nun sosial şəbəkə səhifəsində (www.facebook.com/bankofbaku) yaxından tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR