Azərbaycanda yeraltı metro tunelinin 1 kilometri 60-70 mln. manata başa gəlir

Azərbaycanda yeraltı metro tunelinin 1 kilometri 60-70 mln. manata başa gəlir
# 05 sentyabr 2012 11:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «AzərTunelMetroTikinti» ASC-nin sədri Şaiq Əfəndiyev bildirib.

Onun sözlərinə görə, metro tunellərinin qazıntısı zamanı bu vəsaitlə görülən işlərə təkcə tunelin özünün yox, həm də stansiyanın və zəruri infrastruktur üçün yerlərinin qazılması da aiddir.

Ş.Əfəndiyev bildirib ki, yeni texnologiyaların tətbiqi Azərbaycanda tunel tikintisi işlərinin sürətini artırmağa imkan verib: “Əvvəllər sovet dövründən qalmış avadanlıqlar bir ay ərzində 60-65 metr tunel qazmağa imkan verirdisə, hazırda Almaniya istehsalı olan yeni qurğular tunel qazma sürətini ayda 300-350 metrədək artırmağa imkan verir. Hələlik cəmi bir belə qurğumuz var. Amma 2013-cü ildə ikinci belə qurğunun alınmasını planlaşdırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR