«Bank SilkWay»in rüblük mənfəəti 9% azalıb

«Bank SilkWay»in rüblük mənfəəti 9% azalıb
# 02 may 2012 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC 2012-ci ilin yanvar-mart aylarını 1,043 mln. manat mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 12% artaraq 2,763 mln. manata, o cümlədən faiz gəlirləri 32% artaraq 1,929 mln. manata, qeyri-faiz gəlirləri 17% azalaraq 0,834 mln. manata çatıb. Həmçinin, bankın ümumi xərcləri 23% artaraq 1,501 mln. manat, o cümlədən faiz xərcləri 2,4 dəfə artaraq 0,517 mln. manat, qeyri-faiz xərcləri 17% azalaraq 0,833 mln. manat olub.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 6 filialı, 19 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR