Azərbaycan paytaxtında 22 yaşlı oğlan dəm qazından boğularaq ölüb

Azərbaycan paytaxtında 22 yaşlı oğlan dəm qazından boğularaq ölüb
# 04 fevral 2012 10:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Bu barədə APA-ya Qaradağ rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 89A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 22 yaşlı Əli Elxan oğlu Salmanov yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR