Azərbaycan DİN polis zabitinin güllələnməsi ilə bağlı məlumat yayıb

Azərbaycan DİN polis zabitinin güllələnməsi ilə bağlı məlumat yayıb
# 10 aprel 2012 10:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Ağdam rayonunda polis zabitinin güllələnməsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da saat 9.00 radələrində Ağdam rayonunun Əfətli kəndinin ərazisindəki atəş təlimi meydançasında Rayon Polis Şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Allahverdi Haqverdiyev xidməti "Makarov" markalı tapança ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR