Gürcüstanda işgəncə faktları ilə bağlı 10 nəfər həbs olunub

Gürcüstanda işgəncə faktları ilə bağlı 10 nəfər həbs olunub
# 19 sentyabr 2012 13:07 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Baş Prokurorluğu cəzaların icrası departamentinin 10 əməkdaşı, o cümlədən departament rəhbərinin müavini və Qldani həbsxanasının direktorunun həbsinə sanksiya verib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, baş prokuror Murtaz Zodelava Qldani həbsxanasında məhkumlara qarşı qeyri-insani rəftar və zorakılıq faktları ilə əlaqədar aparılan istintaq çərçivəsində 10 nəfərin saxlanıldığını açıqlayıb: “İstintaqın məlumatlarına əsasən Qldani həbsxanasında qeyri-insani rəftara, bəzi hallarda isə işgəncələrə əl atan bir neçə qrup fəaliyyət göstərib. Qruplardan biri öz hərəkətlərini, eləcə də digər şəxslərin əməllərini videoya çəkərək üçüncü şəxslərə ötürüb. Videomaterialların üçüncü şəxslərə ötürülməsini Bidzina İvanişvilinin müxalifətçi “Gürcü arzusu” koalisiyasının tərəfdarı, bu həbsxanada cəza çəkən Tamaz Tamazaşvili və Tamaz Elizbaraşvili təşkil edib”.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən T. Tamazaşvili məhkumlara işgəncə verilməsi və bu əməllərin videoya çəkilib sifarişçiyə ötürülməsi müqabilində həbsxana rəhbərliyinə rüşvət vəd edib.

B. İvanişvili isə ittihamları rədd edərək bunu parlament seçkilərinə 2 həftə qalmış törədilən provokasiya kimi qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR