«Amrahbank»ın İdarə Heyətinin sədri istefa verib

«Amrahbank»ın İdarə Heyətinin sədri istefa verib
# 29 iyun 2012 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin İdarə Heyətinin sədri Emil Məmmədov vəzifəsindən istefa verib. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Mahmud Ağamalıyev bildirib.

M.Ağamalıyevin sözlərinə görə, E.Məmmədov vəzifəsindən istefa verib və hələlik bu vəzifəsini heç kim icra etmir: «Yəqin ki, yaxın vaxtlarda Müşahidə Şurasının qərarı ilə yeni sədr təyin olunacaq».

Bankın sabiq sədri E.Məmmədov isə «APA-Economics»ə bildirib ki, o başqa bir vəzifəyə təyinatla bağlı əvvəlki işindən istefa verib: «Harada işləyəcəyim barədə məlumat vermək hələlik tezdir. Çünki həmin təşkilatla müvafiq xidməti müqavilə hələ imzalanmayıb».

E.Məmmədov hansı sahədə çalışacağı barədə də məlumat verməyib.

Qeyd edək ki, hazırda bankda İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Mehman Məmmədov icra edir.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR