Qobustan qoruq-muzeyinin direktoru: “Bu gün qoruq ərazisində növbəti monitorinq keçirilib”-YENİLƏNİB

Qobustan qoruq-muzeyinin direktoru: “Bu gün qoruq ərazisində növbəti monitorinq keçirilib”-<font color=red>YENİLƏNİB</font>
# 31 mart 2012 17:03 (UTC +04:00)
Monitorinqin rəyini aldıqdan sonra bu barədə nə isə demək olar. Lakin onu deyə bilərəm ki, monitorinq zamanı ərazidə ciddi problem aşkarlanmayıb”.

Bunu APA-ya açıqlamasında Qobustan Dövlət Milli Tarix-Bədii Qoruğu muzeyinin direktoru Məlahət Fərəcova qoruq ərazisində çatların əmələ gəlməsi barədə informasiyaya münasibət bildirərkən deyib.
Muzey direktoru bildirib ki, tarixi abidə ərazisində monitorinqlərin keçirilməsi zəruri və təbiidir: “Burda ən qədim dövrdən müasir dövrə kimi geoloji prorseslərin inkişaf tempi daim izlənilməlidir”.

O qeyd edib ki, qoruğun ərazisində çatlar həmişə olub: “Qoruğun ərazisində çatlar çoxdur. Əslində isə bunun adı çat deyil, yarğandır. Qobustan yarğanlar ərazisidir və bura aktiv tektonik zonadır. Bəs burdakı dağlar necə əmələ gəlib? Bu dağlar məhz aktiv tektonik fəaliyyət nəticəsində əmələ gəlib. Qobustan turistlər üçün tarixi abidələri ilə yanaşı həm də vulkanları, xüsusilə palçıq vulkanları ilə maraqlıdır. Buranın özünəməxsus flora və faunası var”.

Həmin çatların qoruq üçün hansısa bir təhlükə yaradıb-yaratmadığına münasibət bildirən M. Fərəcova bu barədə mütəxəssislərin qərar verəcəyini qeyd edib: “Mən mütəxəssis olmadığım üçün bu barədə heç nə deyə bilmərəm. Buna geoloqlar cavab verə bilər”.

M. Fərəcova deyib ki, Qobustan qoruğunun, ərazinin geologiyasının, palçıq vulkanlarının öyrənilməsinə, əsərlər yazılmasına və təbliğinə ehtiyac var.

Qeyd edək ki,bu gün APA Qobustan Dövlət Milli Tarix-Bədii Qoruğu ərazisində çatların olması barədə məlumat yayıb.Məlumata görə, qoruğun kiçik daş dağında çatlar əmələ gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR