BMT təmsilçisi: “Azərbaycanda qız uşaqlarının doğum faizi azalıb”

BMT təmsilçisi: “Azərbaycanda qız uşaqlarının doğum faizi azalıb”
# 26 sentyabr 2012 12:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Zahidul Haqq bu gün Bakıda keçirilən reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunmasına həsr olunmuş dəyirmi masada deyib. Onun sözlərinə görə, Azərbaycanda doğulan qız və oğlan uşaqları arasında nisbət pozulub: “Azərbaycanda qız uşaqlarının doğum faizi azalıb. Bu məsələyə parlamentin və ictimaiyyətin diqqətinin yönəldilməsi üçün əsl məqamdır. 11 oktyabr tarixi BMT tərəfindən qız uşaqlarının beynəlxalq müdafiəsi günü élan edilib. Bu gündən istifadə edədək bu sahədə problemləri qaldırmaq olar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR