Saatlıda yük avtomobili kanala aşıb, bir nəfər ölüb
02 oktyabr 2012 17:55 (UTC +04:00)
Saatlı. Əlibəy Zeynallı-APA. Saatlıda yük avtomobilinin kanala aşması nəticəsində qadın dünyasını dəyişib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı RPŞ-nin istintaq bölməsinin rəisi Əvəzağa Məmmədov məlumat verib.
Onun bildirdiyinə görə, bu gün səhər saat 09 :00 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisində rayonun Qaranuru kənd sakini, 1974-ci il təvəllüdlü Alim Orucəli oğlu Mehdiyevin idarə etdiyi yük maşını fəhlələri pambıq sahəsinə apararkən su kanalına aşıb.
Qəza nəticəsində avtomobilin yük yerində olan Sarıcalar kənd sakini 1968-ci il təvəllüdlü Mehbarə Məmmədəli qızı Səfərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.