Bakı İstintaq Təcridxanasında monitorinq keçirilib

Bakı İstintaq Təcridxanasında monitorinq keçirilib
# 01 avqust 2012 11:17 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında monitorinq həyata keçirilib. APA-nın məlumatına görə, monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.

Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Monitorinq zamanı bir sıra kameralara baxış keçirildi, 20-yə yaxın təqsirləndirilən şəxslə ( bunlardan 6-sı qadın) saxlanma vəziyyəti, tibbi xidmətlərə çıxış, qida təminatı və hüquq və azadlıqlaının təmin edilməsi ilə bağlı söhbət aparıldı. Söhbət zamanı onların saxlanma şəraiti, təkluf və iradları ilə bağlı müzakirələr aparıldı. Təqsirləndirilən şəxslar birmənalı şəkildə müəssisədkəki şərait, qıdalanma, tibbi xidmət və sairdən razı olduqlarını bildirdilər.

Eyni zamanda təcridxanada təşkil edilmiş məhkəmə prosesində də iştirak edildi. Məhkəmə hakim Anar Qasımovun sədrliyi ilə baş tutdu. Ittiham tərəfini cənab Səfərov təmsil edirdi. Məhkəmə vaxtından əvvəl şərti azad etmə və cəzanın daha yüngül cəza növü ilə dəyişdirilməsi üçün müraciət etmiş 8 nəfərdən 6-sını təmin etdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR