Avropa İnsan Haqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi qəbul olunub

Avropa İnsan Haqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi qəbul olunub
# 20 aprel 2012 07:29 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, aprelin 18-də başlamış iki günlük toplantı Birləşmiş Krallığın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir. Konfransda Böyük Britaniyanın ədliyyə və dövlət katibi, kansler Kennet Klark, Avropa Şurasının baş katibi Torbyörn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Jan-Klod Minyon, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Ser Nikolas Bratza və digər rəsmi şəxslər çıxış ediblər.

Konfrans iştirakçıları AİHM islahatlarının davamı kimi Brayton Bəyannaməsini qəbul etməklə, qurumun bundan sonra da 800 milyonluq Avropa vətəndaşına səmərəli şəkildə xidmət göstərməsi üçün yeni islahatların davamına yönəlmiş bir sıra tədbirlər planını təsdiqləmiş olublar. Eyni zamanda, toplantı iştirakçıları hazırkı islahatlar prosesinin başlıca mövzusu olan Avropa İnsan Hüquqlarına dair Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsinin yardım mexanizmlərini də müzakirə ediblər.

Brayton konfransı Türkiyənin İzmir və İsveçrənin İnterlaken şəhərlərində keçirilmiş tədbirlərin davamı kimi təşkil olunub və bu konfransda qəbul edilmiş Brayton Bəyannaməsi bu ilin 23 mayında Strasburqda Avropa Şurası Nazirlər Komitəsi sədrliyinin Birləşmiş Krallıqdan Albaniyaya ötürülməsi zamanı, təsdiq olunmaq üçün Nazirlər Komitəsinə təhvil veriləcək.

Qeyd edək ki, Avropa İnsan Hüquqlarına dair Konvensiyasının nəzarət mexanizminə dair islahatlar prosesinin dinamikliyini davam etdirmək və daima nəzarətdə saxlamaq haqda qərar 2010-cu ilin fevral ayında İsveçrənin İnterlaken və ötən ilin aprel ayında Türkiyənin İzmir şəhərlərin verilib. İnterlaken Konfransında Konvensiyanın 14-cü Protokolu son ölkə (Rusiya) tərəfindən ratifikasiya edildikdən sonra İzmir Konfransı öz növbəsində bu istiqamətdə başlanmış prosesin davamı olub və bu mexanizmin səmərəliyinin uzun müddətli təmin edilməsi üçün 3 əsas məsələni özündə əks etdirib. Bunlar 14-cü Protokolun qüvvəyə minməsindən sonra onun təsirini qiymətləndirmək, İnterlaken konfransında başlamış islahatlar prosesinin nəticələrini nəzərdən keçirmək və birgə və geniş müzakirələr nəticəsində yeni islahatlar proqramının işlənməsi olub. Brayton konfransının məqsədi isə Avropa Şurası üzv ölkələri vətəndaşlarının xidmətinə yönəlmiş Məhkəmənin fəaliyyətinin yüksək səmərəliyinə zəmanətin verilməsi üçün konkret islahatların qəbul edilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR