Təhsil naziri Nazirlər Kabinetinin doktorantura ilə bağlı qərarının icrasını təmin etmək barədə əmr imzalayıb

Təhsil naziri Nazirlər Kabinetinin doktorantura ilə bağlı qərarının icrasını təmin etmək barədə əmr imzalayıb
# 02 may 2012 10:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Nazirlər Kabinetinin “Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında Qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən, Nazirliyin Elm şöbəsi ali təhsil muəssisələrinin doktoranturalarına qəbul və dissertantların təhkimolunma planlarını "Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların Təsnifatı"na əsasən tərtib edilməsini təmin etməlidir. Əmrdə ali təhsil muəssisələrinin rektorlarına və təhsil sistemində fəaliyyət gostərən elmi-tədqiqat institutlarının direktorlarına tapşırılıb ki, 2012-ci ildə doktoranturaya sifariş "Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların Təsnifatı"na uyğun olaraq hazırlansın, doktoranturalarda kadr hazırlığı təsdiq olunmuş Təsnifat əsasında həyata kecirilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR